“Rabitə”nin voleybolçusu "Beşiktaş”a keçidini rəsmiləşdirdi

“Rabitə”nin voleybolçusu "Beşiktaş”a keçidini rəsmiləşdirdi

"Rabitə"nin voleybolçusu Sanya Staroviçin "Beşiktaş"a keçidi rəsmiləşib. SİA-nın xəbərinə görə, 31 yaşlı serbiyalı hücumçu İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb.

"Qara qartallar" Staroviçlə anlaşdıqlarını və onunla 1 illik müqaviləyə imza atdıqlarını açıqlayıblar.

Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç "Rabitə" ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə