"Xəzər-Lənkəran" akademiyasının bir neçə yetirməsi doğma klubu ilə karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. Klubdan bildiriblər ki, öz yaş qruplarında komandanın liderləri olan və mütəmadi olaraq yığmalara dəvət alan yeniyetmələr artıq növbəti mövsümdən əvəzedici komandada çıxış edəcəklər.
Futbol həyatının yeni mərhələsinə qədəm qoyan Nurlan Fərəcli, Yusif Həsənov, İbrahim Qədirzadə, Şamxal Sadıqov və Sübhan Məmmədli "Xəzər-Lənkəran" Gənclər İnkişaf Proqramının rəhbəri İlhan Akgül və əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovun iştirakı ilə müqaviləyə imza atıblar.
Daha bir futbolçu Xəqani Sadıqov U-15 milli komandasının toplanışında olduğu üçün onunla müqavilə sonra imzalanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB