“Qızıl Qran pri” turnirində 8 qadın güləşçimiz mübarizə aparır YENİLƏNİB
"Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikinci yarış günündə Azərbaycanın iki güləşçisi qızıl, üçü isə bürünc medal uğurunda mübarizə aparacaq.
Turnirdə Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) final görüşünə çıxacaq. Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (53 kq) və İrina Netreba (58 kq) bürünc medallar uğrunda güləşəcəklər.
13:40
Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib.
Mariya Stadnik (48 kq) yarımfinalda yaponiyalı İrie Yukini 12:1 hesabı ilə məğlub edərək finala çıxıb.
Yuliya Ratkeviç isə (60 kq) Finlandiya idmançısı Petra Marritə 6:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
12:32
Dörddəbir finalda Mariya Stadnik (48 kq) Qazaxıstan güləşçisi Tatyana Baratyuk ilə qarşılaşıb. İdmançımız rəqibini 11:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Bu mərhələnin digər qarşılaşmasında güləşçimiz İrina Netreba ukraynalı Ganna Vasilenkoya məğlub olub.
12:25
Səkkizdəbir finalda 58 kiloqram çəki dərəcəsində Azərbaycan güləşçisi İrina Netreba Qazaxıstan idmançısı Syaulim Kasimovaya 10:0 qalib gəlib.
Dörddəbir final görüşündə 53 kiloqram çəki dərəcəsində yunanıstanlı Mariya Prevolaraki ilə Azərbaycan güləşçisi Patimat Baqomedova qarşılaşıb. İdmançımız zədələndiyindən oyunu davam etdirə bilməyib.
Həmin çəkidə digər görüşdə Julduz Eşimova (Qazaxıstan) təmsilçimiz Anjela Doroqandan üstün olub.
11:26
Yarışın ikinci günündə qız güləşçilər arasında keçirilən yarışda səkkizdəbir finalda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Mariya Stadnik ilk görüşdə Jessika Blazska (Hollandiya) ilə qarşılaşıb.
Mariya Stadnik 9:0 hesabı ilə qələbə qazanıb.
Səkkizdəbir finalın digər görüşündə isə idmançımız Nadya Sementsova (69 kq) amerika güləşçisi Randi Millerə uduzub 1:7.
10:19
Bakıda keçirilən güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran pri" beynəlxalq turniri davam edir.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turnirin proqramına əsasən, yarışın ikinci günündə qadın güləşçilər güclərini sınayırlar.
İyulun 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qadın güləşi yarışlarında 8 idmançımız mübarizə aparır. Heyətdə Mariya Stadnik, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Nadya Sementsova və Gözəl Zutova (hər ikisi 69 kq) yer alıb.
Turnirin son günündə keçiriləcək yunan-Roma güləşçilərinin yarışında Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (hamısı 59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (hamısı 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (hamısı 71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (hər ikisi 75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (hamısı 98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (hər ikisi 130 kq) mübarizə aparacaq.
Sərbəst güləşçilərimiz yarışın ilk günündə 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.
Yarışda 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB