“İnter” İsveçin “Elfsborq” klubunu məğlub edib

“İnter” İsveçin “Elfsborq” klubunu məğlub edib

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. SİA-nın məlumatına görə, bu mərhələdə "İnter" İsveçin "Elfsborq" klubu ilə qarşılaşıb. Oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Slavço Georgiyevski vurub. O, qarşılaşmanın 29-cu dəqiqəsində fərqlənib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 22-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə