DÇ-2014-ün 1/8 finalında Argentina İsveçrəyə 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu gün keçiriləcək iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulacaq. Görüşdə Argentina millisi əlavə vaxtda vurduğu bir qol sayəsində 1/4 finala yüksəlib.
1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.
Qeyd edək ki, Argentina - İsveçrə və Belçika - ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.
Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya - Kolumbiya, Hollandiya - Kosta-Rika və Fransa - Almaniya görüşləri keçiriləcək.
1 iyul
1/8 final mərhələsi
21:00. Argentina - İsveçrə - 1:0
Qol: Anxel di Mariya, 118 (1:0)
Baş hakim: Jonas Erikson (İsveç)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB