“Rabitə” və “Azəryol”un Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının püşkatma mərasimi keçirilmişdir. Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş tədbirdə Azərbaycanın "Rabitə" və "Azəryol" komandalarının rəqibləri müəyyənləşmişdir.
Avropa Voleybol Konfederasiyası (CEV) avrokuboklarda 2011-2013-cü illərin nəticəsinə əsasən klubları 4 yerə ayırmışdır. Sıralamaya görə Azərbaycan Super Liqasının qalibi "Rabitə" və finalçısı "Azəryol" ikinci səbətdə yer almışlar.
Püşkatmaya görə, "Rabitə" komandası "A" qrupunda "Dinamo" (Moskva), "Ximik" (Polşa) və "Agel" (Çexiya) kollektivləri ilə yarışacaqdır. "Azəryol" isə "Fənərbaxça" (Türkiyə), "Nant" (Fransa) və "Stiinta" (Rumıniya) ilə "B" qrupunda yer almışdır.
Reqlamentə əsasən, 20 komanda 5 qrupda mübarizə aparacaqdır. Onlar bir-biri ilə ev-səfər prinsi ilə oynadıqdan – 6 turdan sonra qrupda ilk 2 yerin sahibi və 3-cü yeri tutacaq 2 ən yaxşı komanda pley-offa vəsiqə qazanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB