Azarkeşlər Messiyə hücüm çəkdi

Azarkeşlər Messiyə hücüm çəkdi

Futbol üzrə Braziliyada keçiriləcək dünya çempionatına hazırlıq oyunları çərçivəsində Argentina yığmasının təlim qarşılaşması yarımçıq başa çatıb. Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb komandanın 26 yaşlı əfsanəvi forvardı Leonel Messiyə tribunadakı çılğın azarkeşlərin hücüm çəkməsi olub.

Qeyd edək ki, yaşıl meydançaya yürüş edən fanatlardan biri Messinin önündə əyilərək, onun ayaqqabısını təmizləyib və futbolçudan ayaqqabısını ona hədiyyə etməsini istəyib. Messi isə azarkeşi sındırmayaraq, əvəzində ona əynindəki idman köynəyini hədiyyə verib.

Bir neçə saniyədən sonra dördqat "Qızıl top" sahibinin başına daha bir kurioz hadisə gəlib. Belə ki, Messi ilə birlikdə illərlə Kataloniyanın "Barselona" klubunda forma geyinmiş əfsanəvi braziliyalı futbol ulduzu Ronaldinyonun tam oxşarı ona yaxınlaşaraq, önündə diz çöküb. Hadisə həm meydandakılar, həm də tribunalardakı azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə