Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində sürətli şahmat oyunu üzrə açıq birinciliyə yekun vurulmuşdur. İki gün davam edən yarışda 109 zəka sahibi öz qüvvəsini sınamışdır.
Ümumilikdə 9 turdan ibarət birincilikdə bütün rəqiblərini üstələyən Pərviz Qasımov 8,5 xalla yarışın qalibi adını qazanmışdır. Açıq birincilikdə 3 şahmatçı – Hüseyn Həsənov, Sücəddin Seyidov və Toğrul Həsənzadə isə 7,5 xal toplayaraq digər pillələrdə qərarlaşmışlar.
Qalib şahmatçılar federasiya tərəfindən mükafatlandırılmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB