Santi Kasorla: "Belə davam etsə, "Arsenal"dan gedəcəm"

Santi Kasorla: "Belə davam etsə, "Arsenal"dan gedəcəm"

"Arsenal"ın futbolçusu Santi Kasorla London klubundan ayrıla bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazılar dərc etməyə başlayıb. İngiltərə Premyer Liqasında "Arsenal"ın acınacaqlı məğlubiyyətlər almasında əsas günahkarlar siyasında göstərilən 29 yaşlı yarımmüdafiəçi, London təmsilçisinin kubok qazana bilməməsindən şikayətlənib. O deyib ki, əgər "Arsenal" bu cür uğursuz çıxış etməyə davam edərsə, klubdan gedəcək: "Mən "Arsenal"a kuboklar qazanmaq üçün gəlmişəm. Ancaq neçə ildir heç bir uğur əldə edə bilmirik. Belə davam etsə, buradan ayrılacam. Birinci olmaq üçün Əvvəlcə özümüzə inanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə