İstanbulun "Qalatasaray" klubu, yeni mövsüm üçün hazırlıqlara indidən başlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi artıq gələn ilin yeni heyətini formalaşdırmaq üçün hərəkətə keçib.Türkiyə mətbuatı yazır ki, İstanbul klubu heyətini müdafiəçi ilə gücləndirməyi planlaşdırır. "Cim-Bom"un transfer etmək istədiyi ilk futbolçulardan biri isə "Genk"in oyunçusu Anele Nqconqcodur. Bu transfer üçün artıq "Qalatasaray" Belçika klubuna rəsmi təklif göndərib. Anelenin Türkiyədə oynamağa müsbət baxdığı bildirilib. Ancaq o, son qərarını digər təklifləri də dəyərləndirdikdən sonra verəcək. Qeyd edək ki, A.Nqconqco az sarı vərəqə görən və nadir halllarda zədələnən futbolçulardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB