"Xəzər Lənkəran" rəsmisindən "Neftçi"yə cavab: "İgid ölər, adı qalar"

"Xəzər Lənkəran" rəsmisindən "Neftçi"yə cavab: "İgid ölər, adı qalar"

Dünən "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə mətbuata verdiyi açıqlamada "Xəzər Lənkəran"la "Neftçi" arasında rəqabətin olmadığını dilə gətirmişdi. O, açıqlamasında belə demişdi: "Bu tur oynanılacaq "Neftçi" - "Xəzər Lənkəran" matçının "Qarabağ" - "Sumqayıt" matçından bir fərqi yoxdur. Çünki komandalar arasında səviyyə fərqi var. Bizim mövqeyimizlə "Xəzər Lənkəran"ın mövqeyi arasında xeyli fərq var. Belə olan halda bu oyuna hansı hakimin təyin olunmasının nə fərqi var? Rəqabət olanda, bundan danışa bilərdik".

Siasport.az saytı Sportal.az-a istinadən xəbər verir ki, bu açıqlamaya cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu münasibəti bildirib: "Bir məsəl var, "İgid ölər, adı qalar". Son 3 ildə "Xəzər Lənkəran" çempionatda elə də uğurlu nəticə göstərmir. Əgər bizi ciddi rəqib saymırlarsa, niyə son 3 ildə uğursuz nəticə göstərdiyimiz müddətdə bizi Lənkəranda məğlub edə bilməyiblər? Ümumiyyətlə, son 8 ildə bizi öz meydanımzda məğlub edə bilməyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə