Bu gün şahmat tacı uğrunda iddiaçıların Xantı-Mansiyskdə keçirilən turnirdə 6-cı turun oyunları baş tutacaq. Siasport.az saytının məlumatına görə, 5-ci turun oyunları dünən Şahmat Akademiyasında keçirilib. Bu turda 3 partiya heç-heçə başa çatıb, bir görüşdə isə rusiyalı Pyotr Svidler Bolqarıstan nümayəndəsi Veselin Topalova qalib gəlib. Dmitri Andreykin (Rusiya) - Vişvanatan Anand (Hindistan), Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) və Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) heç-heçə başa çatıb.
Beş turdan sonra 3,5 xal toplamış Vişvanatan Anand turnir cədvəlinə liderlik edir. Vladimir Kramnik, Levon Aronyan və Pyotr Svidler hərəyə 2,5 xal, Şəhriyar Məmmədyarov, Veselin Topalov və Sergey Karyakin hərəyə 2 xal toplayıblar. Aktivində 1,5 xal olan Dmitri Andreykin isə turnir cədvəlində sonuncu yerdədir.
Bu gün keçiriləcək 6-cı turun oyunlarında aşağıdakı cütlüklər qarşılaşacaqlar:
Şəhriyar Məmmədyarov - Pyotr Svidler
Vişvanatan Anand - Sergey Karyakin
Levon Aronyan - Dmitri Andreykin
Veselin Topalov - Vladimir Kramnik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB