Vadar Nuriyev Tərlan Əhmədovun köməkçisi təyin olundu

Vadar Nuriyev Tərlan Əhmədovun köməkçisi təyin olundu

Baş məşqçi Vaqif Sadıqovun gedişindən sonra Bakının AZAL futbol komandasına rəhbərlik edəcək Tərlan Əhmədovun ilk köməkçisi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "A" kateqoriyalı məşqçiyə AZAL-da Vadar Nuriyev kömək edəcək.

Qeyd edək ki, V.Nuriyev "İnter"in aşağı yaş qruplarında və U-19 millimizdə məşqçi kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə