"Bavariya" Mario Mandzukiçə 30 milyon avro qiymət qoydu

"Bavariya" Mario Mandzukiçə 30 milyon avro qiymət qoydu

"Bavariya" klubu Avropa nəhənglərinin transfer hədəfində olan Mario Mandzukiçin təzminat qiymətini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə "sport1.de" məlumat yayıb. Məlumata görə, xorvartiyalı futbolçunu transfer etmək istəyən komandalar 30 milyon avrolarından keçməli olacaqlar. 27 yaşlı futbolçu ilə hazırda "Real" (Madrid), "İnter" və "Yuventus" klubları yaxından maraqlanır. Mövsümün sonunda bu komandalardan hansının Mandzukiç üçün 30 milyon avrosundan keçəcəyi maraq doğurur. Qeyd edək ki, Mandzukiç 2012-ci ildə "Volfsburq"dan "Bavariya"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə