Mais Mənsimov: "Kubokda növbəti mərhələyə çıxmaq şansımız 50 faizdir"
"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov "Araz Naxçıvan"la kubok matçından sonra açıqlama verib. Siasport.az saytı Sportal.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar"ın prezidenti kubokda olan şansları və Naxçıvanda yaradılan şəraitdən danışıb: "Kubokda növbəti mərhələyə çıxmaq şansımız 50 faizdir. Sizə "Araz Naxçıvan"la Naxçıvanda dolu tribunalar qarşısında oynamaq asan görünməsin. Komandamız rəqibi dəyərləndirdiyi üçün Naxçıvana bir neçə gün öncədən getmişdi. Çox təəssüf ki, mən həmin oyunu izləyə bilmədim. Amm Mustafa Dənizli və bütün komanda üzvləri onlara yaradılan şəraitdən, diqqətdən razı qalmışdılar. Naxçıvanlıların qonaqpərvərliyinin cavabını inşallah Lənkəranda verməyə çalışacağıq. Meydanda isə güclü olan qalib gəlsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB