Bu gün Novxanıdakı "Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə "Qafqaz Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnirin ikinci gününün qalibləri müəyyənləşib. Siasport.az saytının məlumatına görə, üç gün davam edəcək turnirdə Azərbaycan, Gürcüstan, İran və digər ölkələrin idmançıları mübarizə aparıblar. Turnirdə 25-ə yaxın idmançı 40-a yaxın atla yarışıb.
Turnirin ikinci günündə maneələrin hündürlüyü 1,30 metr olan yarışda Azərbaycan idmançısı Seyid Musayev "Misir" ləqəbli atla qalib olub. Gürcüstan idmançısı Tronike Papiaşvili "Connrad de Luxe" ləqəbli atla 2-ci, ölkəmizin daha bir təmsilçisi Rəşad Səmədov "Alart S" ləqəbli atla 3-cü pillədə yer alıb.
Maneələrin hündürlüyü 1,40 metr olan yarışda isə Polşa təmsilçisi Aleksandr Lusina "Tall Boy MNM" ləqəbli atla qalib adını qazanıb. Gürcüstanlı Şalva Qaçaçiladze "Chevving Gum 3" ləqəbli atla 2-ci, Seyid Musayev isə "Nabab de Belou" ləqəbli atla 3-cü olub.
Turnirə Türkiyə və İrandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edib.
Yarışın ümumi mükafat fondu 50 min ABŞ dolları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB