Martın 7-də Abşeron rayonunda yeniyetmə və gənc qızlar arasında taekvondo üzrə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Abşeron rayon açıq birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Abşeron Rayon Gənclər və İdman İdarəsidir.
Rayonun Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinin idman zalında təşkil olunacaq yarışda paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə və gənc qız idmançıları (10 çəki dərəcəsində) iştirak edəcəklər.
Turnirin qalibləri ATF və Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB