Milinko Pantiç: "Sumqayıt"la görüş tələyə düşəcək oyundur"

Milinko Pantiç: "Sumqayıt"la görüş tələyə düşəcək oyundur"

Xəbər verdiyimiz kimi, sabah "Bakı" klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində evdə "Sumqayıt"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb: "Sumqayıt"la görüş tələyə düşəcək oyundur. Çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib "Neftçi"ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədir. Üstəlik "Sumqayıt" "Bakı" ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm. Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. "Sumqayıt"ın "Neftçi"ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir, beləcə komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə