"Sumqayıt"ın "Neftçi" qələbəsinə nə qədər mükafat veriləcək?

"Sumqayıt"ın "Neftçi" qələbəsinə nə qədər mükafat veriləcək?

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının son turunda "Sumqayıt" doğma meydanda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdi. Qonaq komandanın baş məşqçisi meydana əsasən gənc heyəti buraxmışdı ki, Sumqayıt klubu da bundan məharətlə yararlandı. Siasport.az saytı Stadium.az-a istinadən xəbər verir ki, son 3 ilin çempionuna 2 cavabsız qolla qalib gələn "Sumqayıt"ın bu qələbəyə görə aldığı mükafat məlum olub. Kluba yaxın mənbənin sözlərinə görə, rəhbərlik bu qələbəyə görə komandanın hər oyunçusuna 1500 manat mükafat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə