İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı forvardı Hugo Almeyda, gələcək koryerası və İstanbul klubundakı hədəfləri barədə danışıb. Siasport.az saytı xəbər verir ki, son qarşılaşmalarda oynadığı futbol ilə bütün diqqətləri üzərinə çəkən təcrübəli futbolçu, bütün gücü ilə yalnız "Beşiktaş"ın uğurları üçün çalışmağa kökləndiyini dilə gətirib: "Tamamilə ilə "Beşiktaş"ın uğurları üçün çalışmağa bağlanmışam. Bütün istəyim bu məqsəd üçün səfərbər olunub. Ailəm və mən özümüzü burada yaxşı hiss edirik. Komanda olaraq da son turlardakı qələbələrimiz ilə çempionluq yarışına qatılmışıq. Liderlə aramızdakı xal fəqri olduqca cüzidir. Əgər qarşıdakı turlarda xal itirməsək, çempionluq marafonunda sona qədər irəliləyəcəyik. "Beşiktaş"la burada çempionluq yaşamaq istəyirəm."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB