Mövsümün 250-ci qolu STATİSTİKA

Mövsümün 250-ci qolu STATİSTİKA

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 250-ci qolu vurulub. Siasport.az saytının məlumatına görə, Yubiley topuna "Sumqayıt"ın futbolçusu Rəhman Hacıyev imza atıb.

Futbolçu buna 21-ci turun "Rəvan"la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub.

Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də "Qəbələ" ilə ev oyununda "Bakı"nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə