Qış Olimpiya Oyunlarında Niderlandın aktivinə daha bir qızıl medal yazıldı

Qış Olimpiya Oyunlarında Niderlandın aktivinə daha bir qızıl medal yazıldı

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında konkidə 1000 metr məsafəyə sürətli yürüş yarışlarında qaliblər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, idmanın bu növündə ABŞ təmsilçisi Şani Devis və qazaxıstanlı Denis Kuzin favorit hesab edilsələr də, nəticə fərqli olub. Olimpiya Oyunlarının qızıl medalını niderlandlı Stefan Qrotxeys qazanıb.

Kanadalı idmançı Denni Morisson gümüş, Niderland yığmasının digər üzvü Mixel Myulder isə bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə