Artur Zikonu Qətər klubundan qovdular

Artur Zikonu Qətər klubundan qovdular

"Fənərbaxça"nı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər aparan braziliyalı Artur Ziko, Qətərin "Əl Qaraf" klubunun baş məşqçisi postundan qovulub. Siasport.az saytı xəbər verir ki, bu barədə Qətər klubunun prezidenti Al Mansur məlumat verib. O, komandaya istənilən nəticələri qazandıra bilmədiyi üçün təcrübəli mütəxəssislə yolları ayırdıqlarını deyib. Qeyd edək ki, Braziliya millisinin keçmiş çalışdırıcısı ötən ilin yanvarında "Əl Qaraf"ın başına keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə