"Qəbələ" Marat İzmaylovun keçidi ilə bağlı danışıqlar aparır

"Qəbələ" Marat İzmaylovun keçidi ilə bağlı danışıqlar aparır

"Qəbələ" İdman Klubu peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında komandaya keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə danışıqlara başlanıldığını bildirir. Siasport.az saytının məlumatına görə, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan M.İzmaylov Rusiya millisinin heyətində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq", daha sonra "Portu" klubunda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə