“Rəvan” Vətənə qayıdıb

Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan" futbol klubu Antalya toplanışını başa vurub. Siasport.az saytının məlumatına görə, komanda dünən Bakıya dönüb. Üçüncü dövrənin ilk turu çərçivəsində fevralın 2-də "Bakı" ilə qarşılaşacaq "aslanlar" bu gündən hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena"da keçiriləcək.

Qeyd edək ki, "Rəvan" qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirib. Komanda ilk oyunda "Sumqayıt" ilə heç-heçə (0:0) etdikdən sonra bütün matçları qalib başa vurub: "Araz Naxçıvan" 1:0, "Uniao" (Braziliya) 2:1, "Universitatya Krayova" (Rumıniya) 1:0. Xorvatiya elitasının təmsilçisi "Split"ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə