Böyükağa Hacıyev: "Həmin əli sındıraram”

Böyükağa Hacıyev: "Həmin əli sındıraram”

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev komandası ətrafında dolaşan söz-söhbət haqqında açqılama verib. Siasport.az saytı baş məşqçinin Azerisport.az-a bildirdiyi fikirləri nəzərinizə çatdırır: "Söz-söhbət həmişə var. Hamı bizim komandamızı sevmir ki! "Neftçi" bərk qozdur, onunla mübarizdə dişlərini sındıra bilərlər. Bilirsiniz ki, mən özümə kifayət qədər əminəm və tənqiddən də qorxmuram. Mənim öz mövqeyim, öz inamım var. Kimsə mənim nədə isə günahkar olduğumu hesab edirsə, qoy qışqırsın. Qoy unutmasınlar ki, "Neftçi" böyük bir ailədir və başında Sadıq Sadıqov dayanıb. O, kluba kiminsə əlini pis niyyətlə uzatmasına imkan verməz. Əgər lazım gəlsə, mən həmin əli sındıraram".

Bütün xəbərlər Facebook səhifəmizdə