Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Siasport.az saytının məlumatına görə, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri "Fənərbaxça" və Moskva "Lokomotiv"i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 29 may - 01 iyun tarixlərində baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Bu arada turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB