"Mən Xavi və İnyestadan daha yaxşıyam"

"Mən Xavi və İnyestadan daha yaxşıyam"

"Yuventus"un çilili futbolçusu Arturo Vidal, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Almaniyanın məşhur "Bild" nəşrinə açıqlama verən ulduz futbolçu iddia edib ki, o göstərdiyi futbol ilə orta sahə oyunçusu kimi "Barselona"lı Xavi və İnyestadan qətiyyən geri qalmır. O bildirib ki, bir sıra futbolçular onu yamsılamaqla məşuldurlar: "Mən orta sahədə oynayan futbolçu kimi olduqca mükəmmələm və dünyanın ən yaxşılarındanam. Mənim mövqeyimdə oynayıb əla müdafiə quran, həm də çox qol vuran futbolçu, nadir hallarda olur. Bunu dünya futboluna nəzər salmaqla aydın şəkildə görmək olar. Lakin mən bunu əla bacarıram." Xatırladaq ki, A.Vidal bu mövsüm "Yuventus" forması ilə meydana çıxdığı 28 qarşılaşmada 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə