“Vakıfbank” “İqtisadçı”ya qalib gəldi

“Vakıfbank” “İqtisadçı”ya qalib gəldi

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının 1/6 final mərhələsinin cavab görüşləri keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən Bakının "İqtisadçı" klubu İstanbuldakı "Burhan Fələk" idman kompleksində Türkiyənin "Vakıfbank" komandası ilə qarşılaşıb. Birinci seti 25:13 hesablı qələbə ilə başa vuran "Vakıfbank" üstünlüyü sonrakı iki setdə də əldə verməyib, "İqtisadçı"nı 25:12 və 25:20 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə