Dünən qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə Bakı klublarından "Lokomotiv" mübarizəyə qoşulub. Komandamız birinci görüşünü Polşada keçirib. Kladio Kuellonun yetirmələri "Bank Fakro"nun qonağı olublar. Görüşün kifayət qədər gərgin keçəcəyi gözlənilən idi. Çünki heyətlərini yeni formalaşdıran hər 2 komanda da finala kimi irəliləmək arzusundadır. Amma bu belə olmayıb və "Bank Fakro" asan qələbə qazanıb. Polşalılar təmsilçimizi 3:0 hesabı ilə məğlub edib.
14 yanvar
"Bank Fakro" (Polşa) – "Lokomotiv" (Azərbaycan)- 3:0 (25:15, 25:23, 26:24)
Hakimlər: Martin Stenbok (İsveç), Monika Ujhaziyə (Macaristan)
Muşina, Muşinyanka İdman Sarayı
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü yeri tutaraq, CEV kubokuna enən "Azəryol" yarışa növbəti – "Chelenc raund"dan qoşulacaq. Bakı təmsilçisi bu mərhələdə "Bank Fakro" – "Lokomotiv" cütünün qalibini gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB