"Bakı" klubunun İspaniyada təşkil olunan təlim-məşq toplanışı davam edir. Siasport.az saytının məlumatına görə, bu gün baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında Marbela Futbol Mərkəzinin meydançasında təşkil olunan məşq 1,5 saat davam edib. Məşqdə Əfran İsmayılov və Namiq Ələsgərov iştirak etməyiblər, Vadim Abdullayev isə komandadan ayrı çalışıb.
"Bakı" hazırlıqlara bu axşam saat 21:00 da təşkil olunacaq məşqlə davam edəcək.
Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində yanvarın 15 -də, saat 21:30-da "Balonpedika Linense" klubu ilə yoxlama oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB