Valentin Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə beynəlxalq turnirdə Yunanıstan və Azərbaycan yığmaları (1996-97-ci il təvəllüldü futbolçulardan ibarət) arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bilidirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:
Teodoros Paxaturidis (Yunanıstan yığmasının baş məşqçisi): "Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.
Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu.
Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdir".
Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm. Oyuna gəlincə, final fitinə bir neçə saniyə qalmış qol buraxaq. Qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı kart almaması da məni sevindirən amillərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB