Elnur Məmmədli: "Biz Elxana inanırıq və ondan yeni uğurlar gözləyirik"
Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, Azerisport.az-a 2013-cü ilin cüdoçularımız üçün uğurlu olduğunu deyib: "Cari il Elxan Məmmədovun sayəsində uğurlu mövsüm oldu. Dünya çempionatında 2 medal qazanmaqla azarkeşləri sevindirdik. Elxan dünya çempionluğundan sonra qələbələrini davam etdirə bilər. Bunun üçün gərgin məşqləri dayandırmamalıdır. Biz Elxana inanırıq və ondan yeni uğurlar gözləyirik. 2014-cü ildə də Avropa və dünya çempionatı olacaq. Komandamızın hər iki yarışda medal qazanacağına ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB