Almaniya klubu Sinan Özkaranı millimizin toplanlışına buraxmır

Almaniya klubu Sinan Özkaranı millimizin toplanlışına buraxmır

Əsas millimizin və "Sivasspor"un hücumçusu Cihan Özkaranın kiçik qardaşı olan Sinan U-19-un dekabrın 23-dən Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməli idi. Siasport.az saytının məlumatına görə, 17 yaşlı dayaq yarımmüdafiəçisi hazırda Almaniyanın Essen şəhərini təmsil edən "Rot-Vayss" klubunda çıxış edir. Lakin futbolçunun Bakıda təlim-məşq toplanışında işitirakı üçün problem yaranıb. Belə ki, Sinan Özkaranın çıxış etdiyi "Rot-Vays" klubu oyunçusunu Azərbaycana gəlməyə qoymur. Bu barədə Sportal.az-a açıqlamasında futbolçunun özü məlumat verib: "Hazırda klubum mənə Bakıya gəlmək üçün icazə vermir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından heç kimi tanımıram, amma Bakıdan kimlərsə klubumla bu barədə danışıqlar aparır. Böyük ehtimalla, Bakıya gəlməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə