Kamran Ağayev: "Xalqın bizi sevməsi, dəstək verməsi qürurvericidir"

"Nəticənin pisi-yaxşısı olmur. 2013-cü ilin ən yaxşı qapıçısı seçilməyim gözlənilən idi". Siasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı" klubunun və milli komandanın futbolçusu Kamran Ağayev deyib. O, bir müddət futboldan kənar qalmağına baxmayaraq, ən yaxşılar sırasına düşməsinə sevindiyini bildirib: "Mən 6 ay ərzində futboldan və məşqlərdən kənarda qaldım. Növbəti 6 ayda 2 dəfə zədə aldım. Bu zədə nəticəsində 2 dəfə əməliyyat olundum. Allaha şükürlər olsun ki, hələ də sağ-salamatam. Hazıra özümü yaxşı hiss edirəm. Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Xalqın bizi sevməsi, dəstək verməsi qürurvericidir. Biz onların ümidlərini doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Uğuru qazanmaq qədər onu saxlamaqda çətindir. Bundan da mükəmməllərini əldə etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə