Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü tura yekun vurulub. Siasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında "Neftçala" "Araz Naxçıvan"ı qəbul edib. "Bayıl Arena"da keçirilən oyun Neftçala təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Komandasının qələbə qolunu Mübarək Şahquliyev (d.65) vurub.
Qeyd edək ki, mövsümdəki ilk məğlubiyyətinə baxmayaraq, "Araz Naxçıvan" turnir cədvəlində liderliyini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB