“Lokomotiv”in potensial rəqibi müəyyənləşib

“Lokomotiv”in potensial rəqibi müəyyənləşib

Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/4 finalında Bakının "Lokomotiv" komandasının potensial rəqibi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Bakı təmsilçisi mərhələ adlasa, Polşanın "Bank Fakro" kollektivi ilə qarşılaşa bilər.
Komanda hər iki matçda "Şveçat"a (Avstriya) qalib gəlib. "Bank Fakro" adını 1/4 finala yazdıran ilk komanda olub.
Qeyd edək ki, ilk matçda İsrail "Hapoel"ini (Kfar Saba) 3:0 hesabı ilə məğlub edən "Lokomotiv" cavab oyununa dekabrın 11-də çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə