"Barselona" futbol klubunun baş məşqçisi Xerarto Martino, argentinalı futbolçu Lionel Messinin komandasından daha yüksək maaş tələb etməsinə münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, argentinalı mütəxəssis futbolçuların müqavilələri ilə bağlı məsələlərə qarışmadığını deyib: "Futbolçularımın müqavilələri ilə bağlı məsələlərə heç vaxt qarışmamışam. Bundan sonra da qarışmaq fikrim yoxdur. Düşünürəm ki, Messsi də digər futbolçular kimi oyunlara lazımi səviyyədə hazırlaşmaq üçün özünü yaxşı hiss etməlidir. Onun problemi maaşı ilə bağlıdır?. Mən belə düşünmürəm. Məncə, bu özünü başqa formada göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB