Fariz Məmmədov: "Məğlub olmağa haqqım yoxdur"

Fariz Məmmədov: "Məğlub olmağa haqqım yoxdur"

"Avropa kəmərinə sahib olmaq üçün döyüşmək arzusunda idim. Bu, mənim üçün yeni stimuldur". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov deyib. O, döyüşəcəyi rəqibi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən, almaniyalı Matias Pelkə və titullarına hörmət etdiyini qeyd edib: "Qəbələdə bizi boks bayamı gözləyir. Artıq 9 ildir ki, 12 raundluq döyüşdə iştirak etmirəm. Rəqibimə və onun titullarına hörmət edirəm. Şadam ki, məhz onunla görüşəcəyəm. Məğlub olmağa haqqım yoxdur".

Qeyd edək ki, döyüş dekabrın 14-ü, saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə