Cüdoçularımız Avropa çempionatında 4 medal qazanıblar

Cüdoçularımız Avropa çempionatında 4 medal qazanıblar

Macarıstanın paytaxtı Budapeştdə paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, qitə birinciliyinin ikinci günündə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl medal qazanıb. Digər idmançımız Səbinə Abdullayeva (57 kq) ayağında ağır zədəsi olmasına baxmayaraq, gümüş medala layiq görülüb.
Çempionatın ilk günündə Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Elçin Talıbov (60 kq) bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə