Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir başlayıb

Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir başlayıb

AFFA-nın dəstəyi və "Bakcell" şirkətinin sponsorluğu ilə bu gün eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə start verilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin ilk oyun günü baş tutmuş qarşılaşmaların nəticələri aşağdakı kimidir:

Zirvə - Şimşək 6:8

Ümid - Birlik 1:12

Birlik - Şimşək 10:0

Zirvə - Ümid 7:3

Bütün xəbərlər Facebook səhifəmizdə