İstanbulun "Qalatasaray" futbol klubunda daha bir zədəli futbolçu heyətə dönməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir ki, aldığı zədə üzündən yaşıl meydanlara həsrət qalan Hamit Altıntop, Almaniyada uğurlu keçən əməliyyatdan sonra gələn həftə İstanbula dönərək komanda ilə birgə təlim-məşq prosesinə qatılacaq. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı açıqlama yayıb. Məlumata əsasən, H.Altıntopun səhhətinin yaxşı olduğu və bir həftədən sonra komandanın heyətində yaşıl meydanlara dönə biləcəyi ilə bağlı komandanın həkimlərinin tibbi qərarı açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB