Antalyada (Türkiyə) şahmat üzrə komanda dünya çempionatının üçüncü turu keçirilib. Siasport.az saytının məlumatına görə, bu turda Azərbaycan şahmatçılarının rəqibləri ukraynalılar olub. Komandamız 1,5:2,5 hesabı ilə məğlub olaraq liderliyini əldən verib.
Belə ki, Rauf Məmmədov Vasili İvançuk ilə, Eltac Səfərli Anton Korobovla və Qədir Hüseynov isə Aleksandr Areşenko ilə heç-heçə edib. Digər lövhədə Vasif Dürarbəyli Aleksandr Moisenkoya məğlub olub.
Üçüncü turun digər görüşləri aşağıdakı komandalar arasında keçirilib: Hollandiya-Almaniya (2,5:1,5), Ermənistan-ABŞ (2,5:1,5), Rusiya-Çin (2,5:1,5), Türkiyə-Misir (2,5:1,5).
Qeyd edək ki, turnir dekabrın 6-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB