"Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi qərarı dünyada Azərbaycan idmanına verilən yüksək qiymətin göstəricisidir"
"Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi qərarı dünyada Azərbaycan idmanına verilən yüksək qiymətin göstəricisidir". Siasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə AzərTAc-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk dəfə olaraq qurumun İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin üzv seçilməsi Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi qərarı ilə birbaşa əlaqəlidir.
Çingiz Hüseynzadə Azərbaycanda uğurla həyata keçirilən Olimpiya hərəkatının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk gündən Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Hazırda, ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Bakıda belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB