Topaz Premyer Liqasının 14-cü turunda "Qəbələ" öz meydanında AZAL-la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, gərgin idman mübarizəsində keçən oyunun taleyini "Qəbələ"nin braziliyalı futbolçusu Leonardonun ikinci hissədə vurduğu yeganə qol həll edib-1:0.
"Qəbələ" - AZAL 1:0
Qol: Leonardo da Silva 72.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Lider komandaya qarşı mübarizə apardıq. Maraqlı oyun oldu. Məğlub olsaq da, komanda oyunu oynadıq. "Qəbələ" hücum futbolu oynadı, qalib gəldi. Xal qazana bilməsək də, komandamdan razı qaldım".
Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. Meydançanın da vəziyyəti yaxşı idi. Hər iki komanda hücumlar təşkil etdi. Leonardonun 72-ci dəqiqədə vurduğu gözəl qol bizə qələbə qazandırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB