"Qol vəziyyətləri yaratdıq, ancaq qol vura bilmədik"

"Qol vəziyyətləri yaratdıq, ancaq qol vura bilmədik"
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov, dünən Qırğızıstan yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşündəki qolsuz bərabərlik barədə danışıb. Siasport.az saytı xəbər verir ki, R. Dadaşov zəif rəqibə qol vura bilməmələrinə təəsüfləndiklərini dilə gətirib:

"Qolsuz heç-heçə bizim üçün pis nəticədir. Qələbə qazanmaq istəyirdik. Qol vəziyyətləri yaratdıq, ancaq qol vura bilmədik. Bunsuz qalib gəlmək olmaz. Təəssüf edirəm ki, qol vura bilmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə