Cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Göyçay Olimpiya İdman Kompleksində cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 şəhər və rayondan 100-ə yaxın idmançı iştirak edib. Uşaq və yeniyetmələr arasında təşkil olunan turnirdə iştirak edən idmançılar 12 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıblar.
İki gün davam edən yarışda Taleh Nəsirov (24 kq, Sumqayıt), Ümid Mirzəyev (27 kq, Laçın), İbrahim Nəzərov (30 kq, Sumqayıt), Nicat Hacıyev (34 kq, Göyçay), Raqif Sarıyev (38 kq, Şirvan), Adil Abbaszadə (42 kq, Şirvan), Qabil Abışov (46 kq, Sumqayıt), Vüsal Əhmədov (50 kq, Sumqayıt), Fariz Axundov (55 kq, Laçın), Şəhriyar Xəlilov (60 kq, Göyçay), Səbuhi Həsənov (66 kq, Sumqayıt), Nihad Əzimov (66 kq-dan yuxarı, Sumqayıt) birinci yeri tutub. İlk 3 yeri tutan idmançılara diplom və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə