Bu gün Moskvada güləş üzrə komandalararası Avropa Kuboku yarışları başlayıb. Siasport.az saytının məlumatına görə, artıq milli komandalarımızın qrupda rəqibləri müəyyənləşib. İlk yarış günündə qadın güləşçilər mübarizə aparırlar. A qrupunda yığmamız Rusiya və Bolqarıstan kollektivləri ilə qarşılaşacaq. Digər qrupda isə Polşa, Almaniya və Ukrayna güləşçiləri üz-üzə gələcəklər.
Qeyd edək ki, noyabrın 9-10-da yunan-Roma və sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB