FİFA artıq dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlərin adlarını elan edib. Siasport.az saytı xəbər verir ki, qitənin ali futbol qurumunun elan etdiyi siyahıda 23 ulduz futbolçu yer alıb. FİFA-nın rəsmi saytında yerləşdirilən siyahını diqqətinizə çatdırırıq:
Qaret Beyl (Uels), Edinson Kavani (Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Xavi (İspaniya), Andres İnyesta (İspaniya), Filipp Lam (Almaniya), Robert Lavondovski (Polşa), Lionel Messi (Argentina), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Aryen Robben (Hollandiya), Bastian Şvaynştayqer (Almaniya), Luis Suarez (Uruqvay), Mesut Özil (Almaniya), Tomas Müller (Almaniya), Manuel Noyer (Almaniya), Tiaqo Silva, Neymar (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya) Robin van Persi (Hollandiya), Yaya Ture (Kot d`İuvar). Qeyd edək ki, qalibin adı yığmaların baş məşqçilərinin, kapitanlarının və jurnalistlərin səslərinin nəticələrinə əsasən yanvarın 13-də bəlli olacaq. Xatırladaq ki, son 4 ildə bu mükafatı Lionel Messi qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB