Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında boksçularımızı çoxlu sayda azarkeş və idmançıların qohumları qarşılayıblar.
İdmançılarımız aeroportdan birbaşa Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana yollanıblar.
Qeyd edək ki, komandamız dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB